Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirdi | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusununın Ukrayna Quru Qoşunlarının təlim bölməsinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.
Ukrayna mediasının məlumatına görə, bu barədə Quru Qoşunlarından bilidirilib.
"İyunun 1-də düşmən Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralanan hərbçilər var", – deyə məlumatda qeyd olunur.
Şəxsi heyətin itkilərinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Quru Qoşunları komandanlığında komissiya yaradılıb və daxili araşdırmaya göstəriş verilib.
Öz növbəsində Ukraynanın pilotsuz təyyarələri də Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Pauçina” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib. Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib. Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
