Rusiya Ukraynaya kütləvi hücum edib | Budəfəki əsas hədəflər hara oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Silahlı Qüvvələri iyulun 12-də gecədən səhərə qədər Ukraynanı dron və PUA-larla atəşə tutub.
Hücumun əsas episentri Çernovtsı, Lvov və Lutsk olub. Çernovtsıda hadisə nəticəsində genişmiqyaslı yanğınlar baş verib, şəhər administrasiyasının binası, yaşayış evləri, mağazalar və avtomobillər yanıb. 26 yaşlı qadın, 43 yaşlı kişi vəfat edib. 14 nəfər isə yaralanıb, onlardan 4-ü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Lvovda isə raket və dron hücumu nəticəsində arasında uşaq da olmaqla 6 nəfər yaralanıb. Bununla yanaşı, 51 evə, 19 avtomobilə, 19 iaşə obyektinə ciddi ziyan dəyib.
“Gecə sığınacaqda gizlənmişdik, partlayış və üzərimizdən uçan PUA səslərini eşidirdik. Daha sonra qonşumuz bizim sağ olub-olmadığımızı öyrənmək üçün mənə zəng vurdu. Səslər kəsildikdən sonra sığınacaqdan çıxdıq və hər şeyin məhv olduğunu gördük”, ‒ deyə Lvov sakini bildirib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Hava Hücumundan Müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus 33 təyyarə tipli PUA məhv edib.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs
- 185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA
- Ukrayna Ordusu Luqanskda avtobusa zərbə endirib - Baku TV
- Ölənlərin sayı durmadan artır | Rusiya ballistik raketlər və dronlarla dəhşət saçdı - Baku TV
- Rusiyanın gecə hücumundan sonra Kiyevdə vəziyyət daha da ağırlaşdı - Baku TV
