Rusiya Ukraynaya raket yağdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın atdığı hər bir raket təkcə Ukraynaya deyil, dünyada normal və təhlükəsiz həyata can atan hər kəsə zərbədir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Dövlət başçısı Rusiya qoşunlarının iyulun 18-dən 19-na keçən gecə ölkə ərazisini kütləvi atəşə tutması ilə bağlı videokonfrans formatında müşavirə keçirib. Toplantıda iki mühüm qərar qəbul edilib.
“Səhər konfransında mən Rusiyanın Odessa, Jitomir və digər bölgələrimizə endirilən zərbələr barədə məlumat eşitdim. Rusiya terrorçuları məqsədli şəkildə “taxıl sazişi”nin icra olunduğu infrastrukturu hədəfə alıblar”, – deyə V.Zelenski əlavə edib.
Ukrayna Prezidenti hərbçilərə insanların və liman infrastrukturunun mühafizəsini gücləndirməyi, Xarici İşlər Nazirliyinə isə Rusiyaya qarşı təzyiqi artırmağı və Ukrayna taxılının ixracını davam etdirmək üçün tərəfdaşlarla əlaqələri gücləndirməyi tapşırıb.
Qeyd edək ki, iyulun 19-na keçən gecə Rusiya qoşunları müxtəlif növ raketlərdən, eləcə də kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə Ukraynaya hücum edib. Odessa, Xerson, Jitomir vilayəti və Kiyevdə partlayış səsləri eşidilib. Həmçinin Odessada yaşayış binaları, liman və mühüm infrastruktur atəşə tutulub, 10-dan çox insan yaralanıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
