Pleyeri seçin:

Rusiya və ABŞ niyə razılığa gələ bilmədi?

03 dekabr 2025 450 baxış

Sülh danışıqlarının fonunda insanlar Rusiya-Ukrayna müharibəsinin aqibəti ilə bağlı öz ehtimallarını irəli sürüblər. Trampın sülh planı ilə bağlı fikirlər müxtəlifdir.

“Tramp bizim ətrafımızda olduğu müddətdə heç nə həll olunmayacaq. O, Ukraynada baş verənləri başa düşmür. O, hələ də hücum edən tərəfi ayırd edə bilmir. İnsanlar ölməyə davam edir. Ona görə yox ki, onlar kiməsə hücum edirlər. Onlar hücuma məruz qaldıqları üçün həyatlarını itirirlər”, – Kiyev sakinlərindən biri söyləyib.

Bu açıqlamaların fonunda, ABŞ-nin dövlət katibi Marko Rubio Ukraynaya yardımlarla bağlı Vaşinqtonun mövqeyini ifadə edib:

“Onlar Donetsk bölgəsinin yerdə qalan 30-50 kilometrlik hissəsi uğrunda mübarizə aparırlar və günün sonunda bütün bunlar bizdən asılı deyil. Bu bizim müharibəmiz deyil. Biz bunu Amerika əsgərlərinin iştirakı ilə aparmırıq. Lakin birbaşa olmasa da, onlara kömək edirik. Çünki bunu edə bilən yeganə ölkə bizik. Dünyada buna nail ola biləcək başqa dövlət yoxdur. Çinlilər belə bunu edə bilməz. Dünyada hər iki tərəflə danışıb onlarla müəyyən səviyyədə razılığa gələ bilən yeganə lider Prezident Trampdır.

Bəzi insanlar elə fikirləşirlər ki, bizim siyasətimiz müharibə davam etdiyi müddətcə Ukraynaya limitsiz şəkildə yardım göstərməkdir. Bu, heç də reallığa uyğun deyil və baş tutmayacaq. Bu müharibənin Rusiya tərəfindən də daha 4-5 il ərzində davam etdiriləcəyinə inanmıram”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Donald Trampın yüksək səviyyəli nümayəndələri arasında 5 saat davam edən görüşdən sonra tərəflər ortaq fikrə gələ bilməyiblər. Danışıqların dalana dirənməsinin əsas səbəbi Rusiyanın Donbas bölgəsinə qarşı qaldırdığı ərazi iddiası olub.

Fransa Prezidenti gələcəkdə yenidən prezidentliyə qayıda biləcəyini istisna etməyib - Baku TV

Fransa Prezidenti gələcəkdə yenidən prezidentliyə qayıda biləcəyini istisna etməyib - Baku TV

Dünya
27 sentyabr 2026 450 baxış
Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV

Dünya
26 sentyabr 2026 450 baxış
Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 450 baxış
Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Soyuq münasibətlərin iqtisadiyyata təsiri | ABŞ-Rusiya arasında baş verənlərin pərdəarxası - Baku TV

Dünya
26 sentyabr 2026 450 baxış
Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 450 baxış
ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

ÜST yeni qlobal epidemiyanın istənilən vaxt başlaya biləcəyi barədə xəbərdarlıq edib - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 450 baxış
Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Tramp qarşıdakı razılaşmalar barədə böyük nikbinliklə danışıb

Dünya
26 sentyabr 2026 450 baxış
ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

ABŞ-də seçkilər bitən kimi İran yenidən hədəfə çevrilə bilər? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 450 baxış
Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 450 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 450 baxış
Seçilmişlər
icon