Pleyeri seçin:

Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi

06 fevral 2026 627 baxış

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi 314 nəfərin vətənə qayıtması ilə nəticələnən yeni hərbi əsir mübadiləsinin uğurla həyata keçirilməsində göstərdikləri əməkdaşlığa görə Rusiya və Ukraynaya minnətdarlığını bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, BƏƏ-nin vasitəçiliyi ilə hər iki tərəfdən 157 məhbus azad edilib. Əmirliklər Moskva və Kiyevin bu humanitar prosesdə əməkdaşlıq etməsini yüksək qiymətləndirib.

BƏƏ XİN-dən vurğulanıb ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli və onun ağır nəticələrinin azaldılması məqsədilə vasitəçilik səylərini bundan sonra da davam etdirəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri ilə növbəti sülh danışıqları tezliklə keçiriləcək. "Yaxın gələcəkdə, çox güman ki, ABŞ-də əlavə görüşlər planlaşdırılır", – deyə Zelenski deyib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, son 24 saat ərzində Rusiyanın əməliyyat/taktiki təyyarələri, hücum pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası Ukrayna Ordusunun nəqliyyat və enerji infrastrukturuna, uzaqmənzilli dronların yığılması, saxlanması və buraxılış məntəqələrinə, sursat anbarlarına, eləcə də Ukrayna silahlı birləşmələrinin 148 yerdəki müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada isə qeyd olunub ki, son bir gün ərzində Ukrayna qüvvələri cəbhə xəttində 133 döyüş toqquşması qeydə alıb, Ukrayna qoşunları Rusiyanın bir neçə istiqamətdə hücumlarını dəf edib və 1351 dronu vurub.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 627 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 627 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 627 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 627 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 627 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 627 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 627 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 627 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 627 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 627 baxış
Seçilmişlər
icon