Rusiya və Ukrayna arasında növbəti görüş necə keçdi? | Türkiyə XİN rəhbərindən paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya və Ukrayna arasında konstruktiv şəraitdə keçmiş danışıqların ikinci raunduna ev sahibliyi etdik və tərəflər birinci görüş zamanı əldə olunan razılaşmaları birləşdirdilər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində paylaşıb.
O bildirib ki, humanitar mübadilə yeni kateqoriyalar və daha çox insanı əhatə edəcək şəkildə genişləndirilir.
Tərəflər həmçinin atəşkəs və sülhə dair öz fikirlərini əks etdirən memorandumlar mübadiləsi aparıblar. Yaxın günlərdə onlar bu mətnlər üzərində texniki səviyyədə işə başlayacaqlar.
Nazirin sözlərinə görə, yeni İstanbul görüşü zamanı tərəflər liderlər səviyyəsində mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər.
“Liderlərimizin kollektiv iradəsini rəhbər tutaraq müharibənin verdiyi itkilərə son qoymaq üçün hər iki tərəfin nümayiş etdirdiyi nəticəyönümlü yanaşma təqdirəlayiqdir”, – deyə diplomat əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
