Rusiya XİN başçısından Qərbə diplomatiya dərsi | Lavrov Afrikadan elə mesajlar verdi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mozambikdə həmkarı ilə görüşdən sonra mətbuat qarşısına çıxaraq Qərb dünyasına sanki dərs keçib.
Avropanı isə “beynəlxalq həyasızlığın bayraqdarı” adlandırıb.
Sergey Lavrovun çıxışında ən çox diqqətçəkən fikirlərdən biri Avropa ölkələrinə ünvanlanıb:
“Avropa az qala azğınlaşıb və Rusiyaya qarşı beynəlxalq həyasızlıq kampaniyasının bir hissəsinə çevrilib”.
Nazirin fikrincə, Almaniyanın Rusiya ilə bağlı səsləndirdiyi istənilən bəyanat normal insanlarda narahatlıq doğurur.
“Tarixin dərslərini unutmaq olmaz. Bu dərslər hazırkı alman və fransız nəsli tərəfindən pis mənimsənilib”, – deyə Sergey Lavrov vurğulayıb.
Görünür, Berlinin bəyanatları artıq rus diplomatiyasında psixoloji test kimi qiymətləndirilir.
S.Lavrov “Kiyev rejimi” deyərək Ukraynanı da unutmayıb. Bildirib ki, Kiyevin terror aktlarına təhrik edilməsi layiqli cavab alacaq.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
