Rusiyada bu ölkələrlə bağlı önəmli qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Çin və Səudiyyə Ərəbistanı vətəndaşlarının Rusiyaya daxil olması və Rusiyadan çıxması üçün müvəqqəti giriş və çıxış prosedurları haqqında fərman imzalayıb.
Sənəd hüquqi informasiya portalında dərc edilib.
Fərmana əsasən, 14 sentyabr 2026-cı il tarixinədək Çin vətəndaşlarının Rusiyaya daxil olmaq, qonaq qismində və ya işgüzar səfərlə bağlı, ölkədə 30 gündən çox olmayaraq qalmaq, eləcə də Federasiyadan tranzit keçidi etmək üçün adi Çin vətəndaşının pasportu əsasında vizasız giriş-çıxış hüququ var.
Fərmanda vurğulanır ki, bu qaydalar qarşılıqlılıq prinsipi nəzərə alınmaqla tətbiq olunur.
Eyni zamanda bu fərmanla müəyyən edilmiş giriş və çıxış prosedurları Rusiyaya iş məqsədləri, o cümlədən jurnalist fəaliyyəti, təhsil almaq, Rusiyada yaşamaq və ya beynəlxalq avtomobil daşımaları həyata keçirmək və ya tərcüməçi kimi bu cür nəqliyyat vasitələrini müşayiət etmək üçün daxil olan Çin vətəndaşlarına şamil edilmir.
Fərman bu gündən qüvvəyə minib.
#Vladimir Putin teqi istifadə olunub
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
