Rusiyada yaşayan ermənilər Paşinyanı dəstəkləmirlər?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan illərdir ölkəsinin müttəfiqi olmuş Rusiya federasiyası ilə hərbi və siyasi əlaqələri kəsməyə yönəlmiş siyasət yeritsə də, belə görünür, Rusiyada yaşayan ermənilər hökumət başçısının bu yöndə fəaliyyətlərini dəstəkləmirlər.
Belə ki, martın 6-da Soçidə keçirilən Ümumdünya Gənclər Festivalında iştirak edən ermənilər tədbirin sonunda Rusiya himninin sədaları altında Ermənistan bayraqlarını dalğalandırıblar.
Həmin görüntülər sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb. Görüntüləri izləyənlər “bu videonu görən Nikol Paşinyanın ürəyi partlayacaq”, – deyə şərhlər yazıblar.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanın Baş naziri və parlamentin deputatları anti-Rusiya xarakterli çıxışlar edərək Rusiyanı Azərbaycanı dəstəkləməkdə və Ermənistanın tərəfini tutmamaqda ittiham edirlər. Kremlin mətbuat katibi Dmitri Peskov isə Ümumdünya Gənclər Festivalında çıxış edərkən bildirib ki, Rusiyada Ermənistandan daha çox erməni yaşayır və onlar həyatlarından razıdırlar.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
