Pleyeri seçin:

Rusiyadakı terror hadisəsinin arxasında kimlər var?

27 mart 2024 471 baxış

"Crocus City Hall"da terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır".

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

O, "Crocus City Hall"da baş verən terror aktından sonra cavab tədbirlərinin olacağına söz verib.

"Rusiya Federasiyasında terror təhlükəsi qalmaqdadır. Biz əvvəllər Kiyevin Moskva vilayətində törədilən terror aktında əli olması barədə məlumat almışdıq. Hesab edirik ki, Ukrayna Təhlükəsizlik Xidməti terror təşkilatı kimi tanınmalıdır. Bu, təkcə hesab etmək üçün yox, həm də müvafiq qərarlar qəbul etmək üçün əsasdır. Terror aktının hazırlanması ilə bağlı Vaşinqton tərəfindən ötürülən məlumatlar ümumi xarakter daşıyırdı və Rusiya xüsusi xidmət orqanları buna cavab verib", – o bildirib.

Federal Təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiyaya qarşı cinayət törədən hər kəs kimi Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir. A.Bortnikovun sözlərinə görə, "Crocus City Hall" terror aktı işində saxlanılan 11 nəfərlə fəal işləyirlər və müəyyən edilmiş yardımçıların dairəsi daha geniş olacaq. Əlavə edib ki, Ukraynanın Yaxın Şərqdə silahlılara təlim keçdiyi də məlumdur.

Aleksandr Bortnikovun sözlərinə görə, terror aktını islamçı radikallar hazırlayıb, onlara isə Ukrayna xüsusi xidmət orqanları yardım edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 471 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 471 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 471 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 471 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 471 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 471 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 471 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 471 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 471 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 471 baxış
Seçilmişlər
icon