Pleyeri seçin:

Rusiyadan Ermənistana xəbərdarlıq | Sergey Lavrovdan sərt sözlər - Baku TV

06 fevral 2026 463 baxış

Moskva ilə İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsi başlayır.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvadakı görüşü diplomatik nəzakətdən çox, hesablaşmanı xatırladıb. Danışıqlar masasında əsas sual isə təxminən bu idi: Ermənistan hara gedir, Moskva istiqamətinə, yoxsa Brüsselə?

Görüş zamanı Simonyan faktiki olaraq izahat verməli olub. O bildirib ki, İrəvan Rusiyaya qarşı heç bir addım atmayıb və belə bir niyyəti də yoxdur. Hətta Ermənistanda Rusiyanı düşmən kimi təqdim edən yanaşmanın mövcud olmadığını xüsusi vurğulayıb. Ancaq paralel olaraq etiraf edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suallar qalır və ölkə Avropa standartlarına inteqrasiya kursunu davam etdirir. Məhz bu məqamda Lavrovun mesajları daha sərt olub.

Rusiya xarici işlər naziri açıq şəkildə bildirib ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz. Onun sözlərinə görə, bu iki məkanın hüquqi və iqtisadi tələbləri bir-birinə ziddir.

Lavrov xəbərdarlıq edib ki, Brüsselə inteqrasiya təkcə iqtisadi seçim deyil. Bu, həm də Rusiyaya qarşı sanksiyalara qoşulmaq, xarici siyasəti Avropa ilə koordinasiya etmək və təhlükəsizlik sistemində Moskvanın rolunu azaltmaq deməkdir.

Nazir hətta konkret rəqəm də səsləndirib: Ermənistanın ümumdaxili məhsulu məhz Avrasiya İqtisadi İttifaqı çərçivəsində iki dəfədən çox artıb. Bununla belə, Kreml təzyiq etmədiyini də nümayiş etdirməyə çalışıb.

“Bu sizin seçiminizdir, biz hörmət edəcəyik”, – deyə Lavrov bildirib. Amma dərhal əlavə edib ki, bunun nəticələrinə görə məsuliyyət də İrəvanın üzərində olacaq.

Ekspertlərə görə, bu dialoq əslində ultimatum xarakteri daşıyır. Moskva Ermənistana mesaj verir ki, “iki stulda oturmaq” mümkün deyil.

Beləliklə, İrəvan yenidən geosiyasi yol ayrıcındadır. Ya Rusiya ilə ənənəvi ittifaqı qorumaq, ya da Avropa xəyalının risklərini üzərinə götürmək. Seçim isə Ermənistanın siyasi, iqtisadi və təhlükəsizlik taleyini müəyyənləşdirəcək.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 463 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 463 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 463 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 463 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 463 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 463 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 463 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 463 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 463 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 463 baxış
Seçilmişlər
icon