Rusiyadan İmamoğlunun həbsinə münasibət | Ərdoğanın ofisi məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Bu barədə martın 28-də Türkiyə liderinin ofisi məlumat yayıb.
Söhbət zamanı siyasətçilər Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə liderinin ofisi həmçinin bildirib ki, Prezident R.T.Ərdoğan regional problemlərin həllində Türkiyə ilə Rusiya arasında əməkdaşlığın xüsusi rolunu vurğulayıb.
O qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi münaqişənin sona çatmasına yönəlmiş prosesi diqqətlə izləyir, ədalətli və davamlı sülh danışıqlarının təşkili də daxil olmaqla istənilən dəstəyi verməyə hazırdır.
ABŞ Ər-Riyadda keçirilən görüşdə Rusiya və Ukrayna nümayəndələri ilə Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin etmək, qüvvə tətbiqini istisna etmək və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq barədə razılıq əldə edib. Prezident R.T.Ərdoğan bu mövzuya diqqət ayıraraq Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini söyləyib.
R.T.Ərdoğan ölkəsinin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Bildirilib ki, Suriyanın ərazi bütövlüyü çərçivəsində qalıcı sülh və sabitliyin təmin olunması, bu ölkənin birliyini pozmağa yönəlmiş etnik və məzhəb ayrı-seçkiliyi cəhdlərinin qarşısının alınması və Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün Türkiyə ilə Rusiyanın birlikdə fəaliyyəti vacibdir.
Diqqətə çatdırılıb ki, Suriyanın bundan sonra terror təşkilatları üçün əlverişli bir sahə olmaqdan tamamilə çıxarılması bu ölkənin sabitliyi üçün həyati əhəmiyyət daşıyır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
