Rusiyadan İrandakı partlayışla bağlı şərh
Yeniliklərdən dərhal xəbərdar olun
“İranda baş verən terror aktı Qərb siyasətinin regionda yaratdığı xaosun nəticəsidir”.
Bu sözləri Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev RİA-ya açıqlamasında deyib.
“Mövcud Qərb siyasəti regionda idarəolunmaz xaosa gətirib çıxarır. Xaos isə terror aktları üçün bir məkandır. Yaxın Şərqdə və xüsusən də İranda aktiv təxribatlar terrorçuluğun yenidən başlamasından, regionda qeyri-sabitliyin yaratdığı terror fəaliyyətinin yeni raundundan başqa bir şey deyil”, – o bildirib.
Onun sözlərinə görə, əvvəllər Suriyada terror dövlətinin yaradılmasının qarşısını alan Rusiya dünyaya “ciddi terror təzahürlərini uzun müddət unutmaq” imkanı verib:
“ABŞ-nin, İsrailin və onların Yaxın Şərqdəki müttəfiqlərinin siyasəti yeni terror dövləti yaratmaq istəyən və müharibənin Yaxın Şərqə yayılması riskini doğuran beynəlxalq terrorizmə imkanlar tanıyır”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
