Rusiyadan müharibənin gedişatını dəyişəcək həmlə
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus sonuncu “Kirovoqrad-Yuri Olefirenko” adlı döyüş gəmisi məhv edilib”.
Bu barədə mayın 31-i Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat yayıb.
O bildirib ki, döyüş gəmisi mayın 29-da Odessa Limanında Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində məhv edilib. Açıqlamada Donetsk bölgəsində ən şiddətli qarşıdurmaların Avdeyevka bölgəsində yaşandığı, Rusiya Ordusunun bölgəyə raket hücumları təşkil etdiyi və Ukrayna Ordusunun Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkilməli olduğu qeyd edilib.
Donetsk, Xarkov və Zaporojye vilayətlərində də Ukrayna Ordusuna aid müxtəlif sursat anbarlarının darmadağın edildiyi bildirilən açıqlamada Zaporojyedə bir komanda məntəqəsinin də məhv edildiyi qeyd edilib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Radoslav Sikorski: Rusiyanın hücumları Ukrayna ordusunu dayandıra bilməyəcək - Baku TV CANLI
- Zelenski Krım körpüsünün tamamilə dağıdılması üçün yeni tapşırıq verib? - Baku TV CANLI
- Ukraynada rejim devriləcək? - Aİ-nin yardımı dayandırması ölkəyə necə təsir edəcək? - Baku TV
- Ukrayna müharibəsinin sonu yaxınlaşır? | Vaşinqtondan yeni sülh açıqlaması - Baku TV CANLI
- Rusiya-Ukrayna müharibəsinin bitməsinə nə mane olur? - Sülh yaxınlaşır, yoxsa...? - Baku TV
