Pleyeri seçin:
Rusiyalı aparıcı Baydenə Putini nümunə göstərib dedi ki…
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı aparıcı, “Rossiya Segodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov ABŞ Prezidenti Co Baydenlə müsahibə üçün Ağ Evə sorğu göndərdiyini açıqlayıb.
O, Rusiya və ABŞ-də bir-birini dinləmək imkanının yetərli olmadığını bildirib.
“Hesab edirik ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ jurnalistinə müsahibəyə razılıq verməklə layiqli nümunə göstərib”, – D.Kiselyovun məktubunda xüsusi qeyd olunur.
O bildirib ki, müsahibəni şəxsən, “Rossiya 1” telekanalının “Həftənin xəbərləri” informativ-analitik proqramı çərçivəsində aparmağı planlaşdırır.
Qeyd edək ki, məşhur amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Putindən götürdüyü müsahibə 8 fevralda yayımlanıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
