Pleyeri seçin:

Rusiyalı diplomat məhkəmənin Əsədlə bağlı qərarından danışdı | Sensasiyalı açıqlama

12 dekabr 2024 443 baxış

Rusiya Bəşər Əsədin ekstradisiyasının mümkünlüyünü istisna edir.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Diplomat “Beynəlxalq Cinayət Məhkəməsinin qərarları bizə aid deyil” deməklə Bəşər Əsədin ekstradisiyasının mümkünlüyünü istisna etdiklərini açıqlayıb.

Bildirib ki, Suriyanı tərk edən keçmiş prezident Bəşər Əsəd Rusiya ərazisindədir və tam təhlükəsiz yerdədir.

Rusiyalı diplomat Amerikanın “NBC News” telekanalının nümayəndəsinin Beynəlxalq Cinayət Məhkəməsinin orderi təqdim ediləcəyi təqdirdə B.Əsədin ekstradisiyasının mümkünlüyü ilə bağlı sualını cavablandırıb və bunu tamamilə istisna edib.

Sergey Ryabkovun sözlərinə görə, Rusiya BCM-nin yurisdiksiyasını tanımır, ona görə də bu təşkilatın sənədləri onun ərazisində etibarlı deyil. Deməli, Moskva Suriyanın keçmiş prezidentini heç kimə təhvil verməyəcək. Sergey Ryabkov həmçinin Bəşər Əsəd və ailəsinin tam təhlükəsiz yerdə olduğunu təsdiqləyib, lakin onun təxliyəsi və başqa təfərrüatlarını açıqlamaqdan imtina edib.

“Belə bir vəziyyətdə nə baş verdiyini, bu məsələnin necə həll olunduğu barədə fikir yürütməyim düzgün olmazdı. O, təhlükəsiz yerdədir. Bu onu göstərir ki, Rusiya belə fövqəladə situasiyalarda lazım olduğu kimi hərəkət edir”, – xarici işlər nazirinin müavini əlavə edib.

Bundan əvvəl ABŞ Suriyanın keçmiş liderini, onun Rusiyaya qaçmasına kömək edənlərin hamısını “cəzalandırmaq” niyyətində olduğunu bəyan etmişdi. ABŞ Dövlət Departamentinin hazırkı rəhbəri Entoni Blinken demişdi ki, digər dövlətlərin bir çox liderləri də B.Əsədin cəzalandırılmasını istəyir.

Banner
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 443 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 443 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 443 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 443 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 443 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 443 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 443 baxış
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Dünya
09 noyabr 2026 443 baxış
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 443 baxış
Hindistanın Baş naziri Modi bütün ştatların silahlılardan təmizləndiyini bəyan edib

Hindistanın Baş naziri Modi bütün ştatların silahlılardan təmizləndiyini bəyan edib

Dünya
09 noyabr 2026 443 baxış
Seçilmişlər
icon