Pleyeri seçin:

Rusiyalı politoloq Ermənistanın təxribatlarından danışdı

02 sentyabr 2023 79 baxış

“Fransanın təsiri altında olan Ermənistan bölgədə sabitliyi pozmağa çalışır və bunu qismən bacarır. Qarabağda növbəti savaşa, yeni Ermənistan-Azərbaycan müharibəsinə zəmin yaradır”.

Bu sözləri rusiyalı hərbi ekspert Yevgeni Mixaylov Ermənistanın son günlər törətdiyi təxribatları Baku TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə zərbələr endirmək müharibəyə çağırışdır:

“Azərbaycan ərazisinə atəş açmaq çox ciddi bir təxribatdır, buna Bakı daha sərt şəkildə cavab verməlidir. Belə bir vəziyyətdə Azərbaycan Rusiya ilə razılığa gəlsə, daha məqsədəuyğun olar. Çünki Rusiya bu cür təxribatlara, PUA atəşlərinə öyrəşib. Ermənistandan istifadə edərək həm Azərbaycana, həm də Rusiyaya qarşı belə təxribatları eyni obrazlar törədirlər. Bunlar Fransa, ABŞ və Rusiya sərhədləri ətrafında müharibəyə maraqlı olan digər ölkələrdir. Düşünürəm ki, sülh müqaviləsini bir müddətlik unutmaq lazımdır. Çünki Ermənistan şərti sərhədə silah-sursat və ağır texnikalar toplayır. Onlar nəyəsə hazırlaşırlar, lakin bilmirəm nəyə. Ermənistan Ordusu növbəti müharibəyə hazır deyil. Fransa, ABŞ sona qədər onlara kömək edəcəklərmi, o da bəlli deyil. Mən güman edirəm ki, Ermənistanın bu təxribatları müharibəyə gətirib çıxarmayacaq. Sadəcə Afrikadan qovulan Fransa başqa yerdə güc göstərməyə, təsir dairəsi yaratmağa çalışır. Amma bu, xüsusilə Cənubi Qafqazda alınmayacaq. Çünki orada güclü ordusu və iqtisadiyyatı olan Azərbaycan və Rusiya var”.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov isə bildirib ki, bu gün baş verənlər ermənilərin son çırpıntılarıdır. İrəvan Laçın yolunda uğur qazana bilmədiyi üçün isterik vəziyyətdə bu təxribatlara əl atır:

“Ermənilər blokadada olduqlarını iddia etsələr də, bunu sübuta yetirə bilmədilər, çünki belə bir hal yox idi. Ağdamdan Xankəndiyə yolu açmaqdan niyə imtina etdiklərini belə normal şərh edə bilmədim. Bundan əlavə olaraq Bakıdan gələn yardım yüklərinin Azərbaycanın Qarabağ ərazisinə niyə buraxılmaması ilə bağlı şərh verməkdən də imtina etdilər. Onlar başa düşürlər ki, artıq şansları yoxdur, ona görə də təxribata əl atırlar. Bu, məntiqi əsaslandırılmış davranış deyil, bu, məhz diplomatik və hərbi məğlubiyyətə isterik reaksiyadır. Düşünün, Qarabağdakı separatçı qüvvələr keçirdikləri etiraz aksiyaları zamanı tribunalara çıxaraq çox şey danışırdılar, amma nəticə olaraq heç nə edə bilmədilər. Buna görə də tək yolu hərbi təxribatda görürlər. Azərbaycan isə öz növbəsində bütün təxribatların qarşısını yüksək səviyyədə alır. Ermənilər bu hərəkətləri ilə bir daha göstərirlər ki, onlar sülh danışıqlarının müzakirə ediləcəyi normal ölkəyə sahib deyillər”.

Qeyd edək ki, təcavüz siyasətindən əl çəkməyən İrəvan hərbi təxribatlarını sentyabrın 1-də də davam etdirib. Ancaq Azərbaycan Ordusunun mövqelərinə qarşı törədilən silahlı təxribatlar cavabsız qalmayıb. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistanın 4 hərbçisi məhv edilib, biri yaralanıb. Azərbaycan tərəfinin isə üç hərbi qulluqçusu yaralanıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 79 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 79 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 79 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 79 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 79 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 79 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 79 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 79 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 79 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 79 baxış
Seçilmişlər
icon