Rusiyalı politoloqlar "Vaqner"in gizli planlarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Çox az insanın dilə gətirdiyi vacib məqamı açıqlayacağam. Son zamanlar Rusiyada baş verənlər Rusiya rəhbərliyində hakimiyyət uğrunda mübarizədən xəbər verir. Bu mübarizənin bir hissəsi hərbi korporasiyaya və silahlı qüvvələrin rəhbərliyinə nəzarət məsələsidir”.
Bu sözləri rusiyalı politoloq Kirill Roqov “Vaqner” xüsusi hərbi şirkətinin başçısı Yevgeni Priqojinin qiyama cəhdini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Y.Priqojinin əsas tələbi Müdafiə Nazirliyi rəhbərliyinin və Baş Qərargah rəisinin istefasıdır: “Onların postlarında qalıb-qalmayacağı barədə hələ hekayənin sonunda biləcəyik. Bir müddət sonra bu məsələdə hansı razılaşmaların əldə olunduğunu görəcəyik. Təkcə Priqojin deyil, Prezident Vladimir Putinin ətrafındakı digər bəzi qüvvələr də orduda və silahlı qüvvələrin rəhbərliyində nəzarətin daha da yüksək səviyyədə olmasına nail olmaq istəyirlər”.
Məsələni Baku TV-yə şərh edən rusiyalı hərbi ekspert Yevgeni Mixaylov isə bildirib ki, “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qulluq edən ən güclü birlikdir. Yevgeni Priqojinin etdikləri onun şəxsi məqsədlərinə, ambisiyalarına çatmaq istəyindən xəbər verir.
#Vaqner hərbi şirkəti teqi istifadə olunub
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- "Vaqner" qrupu Malidən çıxarıldı | Rusiya gücünü belə göstərir
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Əsədin qüvvələrinə qarşı döyüşənlər “türkiyəyönlü qruplaşma” ilə birgə hərəkət edir?
- “Vaqner”lə bağlı qalmaqal | Ukraynanın bu addımı aranı daha da qarışdırdı
