Rusiyalılar yaralıların olduğu yerə toplaşdı | Yaralılarla bağlı son durum
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada baş verən terror hadisəsi zamanı 200-ə yaxın insan xəsarət alıb.
Terror aktı nəticəsində xəsarət alanlar arasında azyaşlılar da var. Zərərçəkənlər Moskvanın 20-yə yaxın xəstəxana və tibb müəssisələrində müalicə alırlar. Azı 107 nəfər qan itkisi diaqnozu ilə xəstəxaya yerləşdirilib. 61 yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Rusiyanın Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yerli əhali səhər saatlarından etibarən yaralıların yerləşdirildiyi tibb mərkəzlərinin qarşısında toplaşaraq könüllü şəkildə qanvermə aksiyasında iştirak edib.
Nazirlik Moskva vilayətində qan mərkəzinin fəaliyyətə başladığı andan etibarən 600-dən çox donorun qan verdiyini açıqlayıb. Moskva vaxtı ilə səhər saat 8-dən etibarən Podolskda, Orexovo-Zuevoda, Voskresenskdə yerləşən tibb mərkəzləri qan donorlarını qəbul etmək üçün açıq elan edilib.
#Crocus City Hall teqi istifadə olunub
- Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama
- "Crocus City Hall" işi üzrə məhkumlar koloniyalara paylanıb - Baku TV
- “Crocus City Hall”da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi
- Rusiya İstintaq Komitəsi Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun saymadı
- Vüqar Hüseynov ölümündən sonra "igidliyə görə" ordeninə layiq görüldü
