Rusiyanın 80-dən çox hücumu uğursuz oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu son sutkada İran istehsalı olan 10 “Shahed” pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum edib. Onlardan 9-u vurulub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukraynanın bütün ərazisinə növbəti raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır.
Məlumata görə, Rusiya Ordusu əsas səylərini Kupyansk, Limansk, Baxmut, Avdeyevka və Mariinsk istiqamətlərində hücum əməliyyatları keçirməyə cəmləşdirib. Son sutka ərzində Ukrayna Ordusu qarşı tərəfin 80-dən çox hücumunu dəf edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiya Ordusu Zaporojye və Xerson istiqamətində 30-dan çox yaşayış məntəqəsində yanğınlar törədib. Həmçinin qeyd olunub ki, Baxmuta hücum cəhdləri səngimir.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
