Rusiyanın atəşkəsə razılaşacağına ümid edirik | Marko Rubio
Yeniliklərdən dərhal xəbərdar olun
“Sülh məsələsində Rusiyanın əli daha güclüdür. Rusiyanın razılaşacağına ümid edirik”.
Bunu ABŞ dövlət katibi Marko Rubio Ciddədə Ukrayna tərəfi ilə baş tutan danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
M.Rubio bildirib ki, ABŞ Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu Rusiya tərəfinə çatdıracaq.
“Ukrayna müsbət addım atdı və ümid edirik ki, ruslar buna cavab verəcəklər. Bu, bizim gözlədiyimiz kimi xoş niyyəti göstərən jestidir”, – deyə o bildirib.
Marko Rubio əlavə edib ki, ABŞ Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara başlanacağına ümid edir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer də hesab edir ki, Rusiya atəşkəsə razı olmalı və döyüşlərə son qoymalıdır.
“Ciddədə ABŞ-Ukrayna arasında əldə edilən razılaşmanı səmimiyyətlə alqışlayıram. Həm ABŞ, həm də Ukrayna nümayəndə heyətlərinin dediyi kimi, top indi Rusiya meydançasındadır”, – deyə K.Starmer qeyd edib.
O həmçinin vurğulayıb ki, növbəti addımları müzakirə etmək üçün martın 15-i liderləri toplayacaq.
#Marko Rubio teqi istifadə olunub
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama
- ABŞ dövlət katibi Avropaya hansı mesajı verdi?
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
