Pleyeri seçin:

Rusiyanın ayağını Ermənistandan kəsən Paşinyanın Putinə xəyanəti

12 sentyabr 2023 97 baxış

Nikol Paşinyan Ermənistanı hər vəchlə Rusiyanın caynağından qopararaq Qərbə inteqrasiya istiqamətində cəhdlərini davam etdirir.

Erməni Baş nazirin ölkə mediasına verdiyi son açıqlamasında Rusiya əleyhinə səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Yəni N.Paşinyan hakimiyyəti Rusiyaya qarşı sözdən əmələ keçərək Moskvanın ayağını ölkədən kəsməyin əsas mərhələsinə start verib. Buna görə də hər imkanda Rusiyanın, xüsusən də Vladimir Putin hakimiyyətinin əleyhinə sərt fikirlər səsləndirilir.

Demək olar ki, hər gün Ermənistanla Rusiya münasibətlərini gərginləşdirən hansısa hadisə baş verir. Bununla Ermənistan hökuməti Rusiyadan asılılığını azaltmağa cəhd göstərir, anti-Rusiya təbliğatı apararaq ölkənin təhlükəsizliyinin əsas təminatçısı kimi Qərbi, təhlükə mənbəyi olaraq isə Rusiyanı göstərməyə çalışır. Beləliklə, İrəvanda Moskva əleyhinə isteriyanın davam edəcəyini, ölkənin Kremlə qarşı cəbhə açdığını düşünmək olar.

Politoloq Arzuxan Əlizadə Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsinin təəccüblü olmadığını qeyd edib: “2018-ci ildə Qərb dairələrinin dəstəyi ilə hakimiyyətə gətirilən N.Paşinyan üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən ən başlıcası Ermənistanı Rusiyanın təsir dairəsindən çıxararaq Qərbin ağuşuna atmaq siyasəti yürütməkdir. N.Paşinyan bu istiqamətdə ara-sıra addımlar atmaqda idi. Amma son günlərdə bu proses bir qədər də sürətləndirilib. Bu da o deməkdir ki, həmin Qərb dairələri N.Paşinyandan üzərinə götürdüyü öhdəlikləri daha sürətlə həyata keçirməyi tələb edir”.

Ermənistan hazırda Cənubi Qafqazda Qərbin diqtəsi ilə Rusiyaya qarşı açıq mübarizə səhnəsi sərgiləyir. O Ermənistan ki, mövcudluğuna görə məhz rəsmi Moskvaya borcludur. Əslində isə Ermənistan bununla nə qədər xəyanətkar, güvənilməz ölkə olduğunu bir daha nümayiş etdirir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 97 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 97 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 97 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 97 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 97 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 97 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 97 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 97 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 97 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 97 baxış
Seçilmişlər
icon