Pleyeri seçin:
Rusiyanın BMT TŞ-də sədrliyində hansı məsələlər müzakirə olunacaq?
Rusiya Federasiyası iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub. Bu barədə yerli media məlumat yayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, ölkə sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.
“Söhbət daha ədalətli, demokratik və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq müzakirələrdən gedir”, – deyə o bildirib.
Onun sözlərinə görə iclaslarda Rusiya tərəfi xüsusilə yeni qlobal “təhlükəsizlik tənlik” məsələsinə toxunacaq.
Tədbirin keçirilməsi iyulun 16-na planlaşdırılıb. İyulun 17-də Yaxın Şərq nizamlanması, 19-da isə BMT və regional təşkilatlar, yəni KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair məsələlərin müzakirəsi aparılacaq.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Moskva Pxenyanı müharibəyə cəlb edir?
- Hansı ölkələr İrana silah tədarük etməyəcək? | Trampdan ciddi xəbərdarlıq - Baku TV
- Qara dənizdə taxıl dəhlizi ətrafında gərginlik yenidən artır - 24 SAAT
- Ukraynadan İrana qədər böyük sövdələşmə: Lavrov–Rubio görüşünün pərdəarxasında nə var?
- Kremldən gəmi insidentinə münasibət | Rusiya nə edəcək? - ANA XƏBƏR
