Pleyeri seçin:

Rusiyanın bu addımı Avropanı ayağa qaldırmalıdır | “Politico”dan seçkilərlə bağlı sensasiya

23 oktyabr 2024 131 baxış

Rusiya Moldova və Gürcüstan uğrunda mübarizədə tədricən üstünlük əldə edir. Bu, Avropanı ayağa qaldırmalıdır.

Bu barədə “Politiko” nəşri Moldovada bazar günü keçirilən prezident seçkiləri və ölkənin AB-yə üzvlüklə bağlı referendumun nəticələrinə əsasən yazıb.

Məqalədə vurğulanıb ki, AB Gürcüstan və Moldovanı Kremlin orbitindən çıxaracağına əmin idi: “Bu həftə keçirilən seçkilər göstərir ki, AB-nin bu optimist baxışı getdikcə qeyri-müəyyənləşir”.

Nəşr xatırladıb ki, Moldovada bazar günü baş tutan referendumda seçicilərin yalnız 50,4 faizi AB-yə üzvlük üçün səs verdi:

“Bu, Rusiyanın xeyli sayda moldovalı seçicini “satın ala bildiyi” və yalnız möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatları təsdiqləyir. Səsvermə ölkənin birliyini nümayiş etdirmək əvəzinə yeni təhlükəli demarkasiya xətti yaradıb və Kremli nəticəni pozmağa cəhd etməyə inandırıb. Ona görə də 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim Gürcü Arzusu Partiyası AB-yə üzvlüyünü qeyri-mümkün edəcək qeyri-liberal proqrama sadiq qalmaq niyyətindədir”.

Nəşrə danışan Demokratiyanın Müdafiəsi üzrə Vaşinqton Fondunun eksperti İvana Stradner vurğulayıb ki, Qərb siyasətçilərinin dərk etmələrinin vaxtı çatıb ki, Rusiyanın müharibəsi təkcə Ukrayna ilə məhdudlaşmır:

“Bu, Moskvanın təsir edə biləcəyini düşündüyü istənilən yerdə demokratik dünya ilə mübarizəyə yönəlib. Putinin qalib gəlmək üçün istifadə etdiyi bütöv bir strategiyası var”.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 131 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 131 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 131 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 131 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 131 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 131 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 131 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 131 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 131 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 131 baxış
Seçilmişlər
icon