Pleyeri seçin:

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər sanksiya deyil | Paşinyan

30 iyun 2026 345 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkə məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin sanksiya kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib.

Paşinyan bu fikirləri hakim "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

"Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçiriləcək və orada baş nazirlər iştirak edəcəklər. "Sanksiya" sözü düzgün deyil. Heç bir sanksiya olmayıb və ola da bilməz. Təbii ki, başqa məsələlər var və onları müzakirə edəcəyik", – deyə Ermənistan hökumət başçısı bildirib.

Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Ermənistan iqtisadiyyatının nə qədər zərər gördüyü ilə bağlı suala isə birbaşa cavab verməyib. O qeyd edib ki, iqtisadiyyatda bəzi sahələr inkişaf etdiyi halda, digərlərində geriləmə müşahidə oluna bilər.

Baş nazir ölkədə iqtisadi fəallıq göstəricisinin 11 faiz təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya daha əvvəl aşkar edilmiş pozuntular səbəbindən Ermənistandan idxal olunan bir sıra məhsullara məhdudiyyət tətbiq edib. Məhdudiyyətlər mineral sular, alkoqollu içkilər, meyvə və tərəvəzlər də daxil olmaqla, müxtəlif məhsul növlərini əhatə edir.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 345 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 345 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 345 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 345 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 345 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 345 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 345 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 345 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 345 baxış
Seçilmişlər
icon