Rusiyanın Ukraynaya bu hücumu hamını şoka saldı | Amansız zərbələrin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Ukraynanın hərbi və mülki obyektlərə endirdiyi zərbələrə cavab verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyevin hücumlarına cavab olaraq Moskva tərəfi hava, dəniz və qurudan Ukraynanın konstruktor bürosuna, silah və hərbi texnika istehsalı və təmiri müəssisələrinə, dron istehsalı sexlerinə, orduya məxsus silah və hərbi texnika anbarlarına irimiqyaslı zərbələr endirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 5 iyun saat 20:00-dan 6 iyun səhər saatlarına qədər ölkə ərazisinə ümumilikdə 452 hava hücumu vasitəsi buraxılıb. Bunların arasında 407 ədəd “Shahed” PUA-sı və müxtəliftipli dronlar, 6 ədəd “İskəndər-M/KN-23” ballistik raketi, 36 ədəd “X-101” qanadlı raketi, 2 ədəd “İskəndər-K” raketi və 1 ədəd “X-31P” radio əleyhinə raketi olub.
Hücumlar Kursk, Voronej, Saratov vilayətləri, Primorsko-Axtarsk, Şatalovo, Qvardeyskoye və Qara dəniz üzərindən həyata keçirilib. İlkin məlumata görə, 406 dron zərərsizləşdirilib. Bu, son aylarda qeydə alınan ən böyük hava hücumlarından biri kimi dəyərləndirilir.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
