Pleyeri seçin:

Rusiyaya müharibə lazımdır, ona görə də... | Zelenskidən Putinə açıq mesaj

14 mart 2025 183 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin 3 ildir sürən müharibəni davam etdirmək istədiyini, lakin onun bunu birbaşa ABŞ Prezidenti Donald Trampa açıqlamaqdan çəkindiyini söyləyib.

O, Putinin 30 günlük atəşkəs təklifi ilə bağlı çıxışına cavab verib.

“İndi biz hamımız Rusiyadan cəbhədəki sükut ideyasına cavab olaraq Putinin çox gözlənilən, çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq hazırda imtina hazırlayır. Putin sözsüz ki, birbaşa Trampa bu müharibəni davam etdirmək, ukraynalıları öldürmək istədiyini deməkdən çəkinir. Buna görə də onlar Moskvada sükut ideyasını elə ilkin şərtlərlə əhatə edirlər ki, ümumiyyətlə heç nə alınmasın və ya mümkün qədər uzun müddət alınmasın”, – deyə dövlət başçısı vurğulayıb.

O, Kiyevin prosesi çətinləşdirmədiyinə, Moskvanın isə dağıdıcı mövqe nümayiş etdirdiyinə diqqət çəkib.

“Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq, bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şeyi uzadacaq, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır. İndi Putinə təzyiq göstərmək lazımdır. Sanksiyalar tətbiq etmək lazımdır. Rusiyanı müharibəni bitirməyə məcbur etmək üçün amerikalı, avropalı tərəfdaşlarımızla, dünyada sülh istəyən hər kəslə işləyəcəyik”, – deyə Ukrayna Prezidenti çağırış edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 183 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 183 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 183 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 183 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 183 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 183 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 183 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 183 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 183 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 183 baxış
Seçilmişlər
icon