Rusiyayönümlü qüvvələr hərəkətə keçdi: Ermənistanda ara qarışdı
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan meriyasına keçirilən seçkilərdə sürpriz şəkildə 9,68% səslə bələdiyyə məclisinə daxil olan “İctimai səs” partiyası müxalifətdəki “Milli Tərəqqi” və “Ana Ermənistan” bloku ilə koalisiya yaratmağa hazır olduğunu bəyan edib.
Erməni mediası xəbər verir ki, bu barədə “İctimai səs” partiyasının rəhbəri Vardan Qukasyan danışıb. V.Qukasyanın qeyd etdiyi kimi, o, ya Andranik Tevanyanın, ya da Ayk Marutyanın İrəvanın meri olmasının tərəfdarıdır, lakin nəzarət aparatı “İctimai səs” partiyasına keçməlidir.
Xatırladaq ki, İrəvan Ağsaqqallar Şurasına 5 siyasi qüvvə daxildir. Bunlar hakim “Vətəndaş sazişi” (VS), müxalifətdə olan “Milli Tərəqqi” partiyaları, “Ana Ermənistan” bloku, “Respublika”, “İctimai səs” partiyalarıdır.
İlkin məlumata görə, İrəvan Ağsaqqallar Şurasında mandatlar aşağıdakı kimi bölüşdürülüb:
“VS” – 24, “Milli Tərəqqi” – 14, “Ana Ermənistan” – 12, “Respublika” – 8, “İctimai səs” – 7.
Yəni “İctimai səs”, “Milli Tərəqqi” partiyalarının və “Ana Ermənistan” blokunun aldıqları mandatların sayı (33) koalisiya qurmaq üçün kifayətdir.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
