Rza Pəhləvi İrandakı kütləvi etirazlarla bağlı paylaşım etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran küçələrində "Şah, geri dön!" şüarlarının intensivləşdiyi bir vaxtda, keçmiş vəliəhd şahzadə Rza Pəhləvi sükutu pozub. Baku TV-nin xarici bürosunun məlumatına görə, Pəhləvi sosial şəbəkə hesablarında paylaşım edərək, İrandakı hadisələri "milli dirçəlişin zirvəsi" adlandırıb. O, bütün siyasi qrupları ixtilafları kənara qoyub, dünyəvi və demokratik bir İranın qurulması üçün birləşməyə çağırıb.
Süjetdə vurğulanır ki, hazırda aktiv lider kimi fəaliyyət göstərən Donald Tramp administrasiyası Rza Pəhləvi ilə sıx təmasdadır. Trampın "İranın gələcəyi onun əsl sahiblərinə aiddir" bəyanatı Vaşinqtonun Pəhləviyə olan etimadının göstəricisi kimi qiymətləndirilir. Rza Pəhləvi həmçinin xarici dövlətlərə müraciət edərək, molla rejiminə maliyyə dəstəyini tam kəsməyi və etirazçılara "azadlıq fondu" vasitəsilə kömək etməyi xahiş edib. Ekspertlər hesab edirlər ki, Pəhləvinin bu müraciəti İrandakı hərbi elitada (xüsusilə orduda) tərəddüd edən zabitlərin mövqeyinə ciddi təsir göstərə bilər.
Pəhləvinin təklif etdiyi "Yeni İran Konstitusiyası"nın ilkin bəndləri, Donald Trampın şahzadəyə verdiyi gizli təhlükəsizlik təminatı və Tehranda Pəhləvi rəsimlərinin divarlara çəkilməsi barədə bütün təfərrüatları videomaterialımızdan izləyə bilərsiniz.
#Rza Pəhləvi teqi istifadə olunub
- Molla rejiminin sonu yaxınlaşır? - "Dünyadan pul qoparır, öz xalqını öldürür" - Baku TV
- Almaniya Pəhləvi ilə görüşü qəbul etmədi
- Rza Pəhləvi şiələrə çağırış etdi
- Rza Pəhləvi ABŞ-ni İrana hərbi müdaxilə etməyə çağırıb
- Misli görünməmiş qüvvə ilə... | İran xalqının Trampdan gözlədiyi reallaşacaq? - Baku TV
