Sahibi çayda batan vəfalı it görün nə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Başqırdıstanda çayda batan sahibini dörd gün sahildə gözləyən itin hekayəsi hər kəsi riqqətə gətirib.
Hadisə noyabrın 24-də Qaraidel kəndində baş verib.
Yerli sakin evə daha qısa yolla getmək üçün velosipedlə Ufa çayının nazik buzunun üzərindən keçməyə çalışıb. Buz tab gətirməyib və kişi suya düşərək boğulub. Yanında olan iti Belka isə sahibini gözləməyə başlayıb və dörd gün boyunca hadisə yerindən ayrılmayıb.
Kənd sakinləri iti oradan uzaqlaşdırmağa çalışsalar da, Belka qaçaraq, yenidən çaya qayıdıb. Dörd gün davam edən xilasetmə əməliyyatından sonra kişinin cəsədi yeddi metr dərinlikdə tapılıb.
Belkanın sədaqəti bir çox insanlara Yaponiyanın əfsanəvi “Hatiko” itini xatırladıb. Hatiko 9 il boyunca vəfat etmiş sahibini vağzalda gözləyərək, tarixə düşmüşdü.
#Rusiya teqi istifadə olunub
- Rusiya 2027-ci ilin büdcəsində prioritetlərini yenidən müəyyənləşdirir - Baku TV CANLI
- İrəvandan gələn açıqlama diqqət çəkdi
- Rusiya Prezidentinin kölgəsindəki sirli çanta | Çinə aparılan müəmmalı çamadan - Baku TV
- ABŞ Rusiya ilə razılığa gəlib?
- Böyük Britaniyanın rolundan Rusiya və İran narahat olur? - AKTUAL GÜNDƏM
