Pleyeri seçin:

Şaraa yenidən inqilabçı formasını geyindi

08 dekabr 2025 491 baxış

Suriya Prezidenti Əhməd əş-Şaraa paytaxt Dəməşqdəki Əməvi məscidində olub və sübh namazı qılıb. Onun tarixi məscidə gəlişi keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsinin ildönümünü qeyd edən çoxsaylı vətəndaşın iştirakı ilə müşayiət olunub.

Bu barədə Suriya mediası məlumat yayıb.

Şaraa ictimaiyyətin qarşısına Əsəd qüvvələrinə qarşı hərbi əməliyyatlara rəhbərlik etdiyi dövrdə geyindiyi hərbi forma ilə çıxıb. Suriya lideri Əməvi məscidinin minbərindən çıxış edərək, ölkəni şimaldan cənuba qədər qorumağa davam edəcəyini vurğulayıb.

“Allahın izni ilə şimaldan cənuba, şərqdən qərbə qədər onun keçmişi və bu gününə yaraşan bir quruculuq işi ilə Suriyanı yenidən güclü edəcəyik. Suriya qədim sivilizasiyasına layiq bir dirçəliş yaşayacaq. Bu ölkəni Allahın əmrlərinə itaətlə, məzlumlara dəstək olmaqla və insanlar arasında ədaləti bərpa etməklə yenidən quracağıq. Allahdan bu ölkəni qorumasını, bizə ona xidmət etmək və yenidən qurmaq üçün güc verməsini, Suriya xalqına xidmət yolunda bizə yardım etməsini diləyirik”, – o qeyd edib.

Əhməd Şaraa Səudiyyə Ərəbistanının Bəşər Əsəd rejiminin devrilməsinin bir illiyi münasibətilə verdiyi hədiyyəni də açıqlayıb.

“Səudiyyə Ərəbistanına ilk səfərimiz zamanı şahzadə Məhəmməd bin Salman bizi Kəbə örtüyünün bir parçası olan hədiyyə ilə şərəfləndirdi. Onu Əməvi məscidində saxlayırıq”, – dövlət başçısı deyib.

Dekabrın 8-də suriyalılar Bəşər Əsəd və onun avtoritar hakimiyyətinin devrilməsinin birinci ildönümünü qeyd edirlər. Təkcə Dəməşq yox, bir neçə gündür Suriyanın digər bölgələrində də bayram tədbirləri keçirilir.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 491 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 491 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 491 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 491 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 491 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 491 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 491 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 491 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 491 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 491 baxış
Seçilmişlər
icon