Sarkisyanın ailəsi Paşinyanla bağlı nələri etiraf etdi? | Kiviryandan qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Serj Sarkisyan Nikol Paşinyana yox, daha güclü qüvvələrə uduzduğunu deyirsə, niyə ad çəkmir? Niyə o, müxtəlif yüksək vəzifələrdə çalışarkən bu qüvvələrin ölkəyə daxil olmasının qarşısını almaq üçün konkret nə etdiyini demir?
S.Sarkisyanın prezidentliyi dövründə dövlət N.Paşinyanı hansı imkanlarla mühafizə və xüsusi mühafizə vasitələri ilə təmin edib? S.Sarkisyanın ailəsi özü də etiraf edib ki, N.Paşinyanı məhz onlar yetişdirib. Mən məlum şeyləri deyirəm”.
Bunu erməni analitik Arqişti Kiviryan deyib.
Onun fikrincə, S.Sarkisyanın istəyi olmasaydı, N.Paşinyan hakimiyyətə gələ bilməzdi və bunun üçün əlində yetərincə imkanlar olub.
“2018-ci ildə Ermənistanda medianın 99,9 %-i S.Sarkisyanın və onun ailəsinin nəzarətində olub. Güc strukturları da tam nəzarətdə idi. S.Sarkisyan Ermənistan prezidenti postunu tərk etdikdən sonra N.Paşinyan Ermənistan Respublikaçılar Partiyasının səsləri sayəsində Baş nazir ola bilib. Axı onlar ona səs verməsəydilər, N.Paşinyan heç vaxt hökumət başçısı seçilə bilməzdi”, ‒ A.Kiviryan qeyd edib.
O əlavə edib ki, N.Paşinyan parlamenti buraxanda ona mane ola biləcək yeganə siyasi qüvvə Respublikaçılar Partiyası idi, amma mane olmadılar.
“Respublikaçılar Partiyası o zaman Baş nazir postuna öz namizədini irəli sürə bilərdi və bu halda N.Paşinyan da hökumətin başçısı olmazdı”, ‒ analitik qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
