Pleyeri seçin:

Savaş barədə hansı şərt qoyuldu? - Harrislə Netanyahunun gərgin müzakirəsi

26 iyul 2024 136 baxış

İsrail rəhbərliyi Qəzza zolağında atəşkəs və HƏMAS hərbi qruplaşması ilə girovların mübadiləsi planına yeni maddələr əlavə etmək niyyətindədir.

Xarici medianın yaydığı məlumata görə, iyulun əvvəlində Qahirədə keçirilən danışıqlarda Təl-Əviv rəsmiləri mülki şəxslərin Qəzza zolağının cənubundan şimalına gedərkən yoxlamalardan keçməli olduqlarına dair şərt irəli sürüb. Lakin çox keçmədən HƏMAS bu təklifi rədd edib.

Bundan əlavə, İsrail tərəfi Qəzza ilə Misir arasındakı sərhədə ordusunun nəzarət etməsini də istəyib.

Bütün bu baş verən hadisələrin fonunda isə İsrailin Baş naziri Benyamin Netanyahu ardıcıl olaraq ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris ilə görüşüb. Kamala Harris Qəzzada müharibəyə son qoymağın vaxtının yetişdiyini bildirib:

"Mən Baş nazirə Qəzzada insanların çəkdiyi zülm və çoxlu sayda günahsız mülki şəxsin ölümü ilə bağlı ciddi narahatlığımı bildirdim və oradakı ağır humanitar vəziyyətə dair mövqeyimi də açıq şəkildə ortaya qoydum. 2 milyondan çox insan dəhşətli dərəcədə qida çatışmazlığı ilə üzləşib.

Son 9 ay ərzində Qəzzada baş verənlər ürəkağrıdıcıdır. Biz bu faciələri görməzdən gələ bilmərik və mən baş verənlərin qarşısında susmayacağam. Gəlin müharibəyə son qoymaq üçün atəşkəsin əldə edilməsinə nail olaq. Girovları evlərinə göndərək və Fələstin xalqını lazımi yardımla təmin edək. Onu da deyim ki, mən 2 dövlətli sülhün tərəfdarı olmağa davam edəcəyəm".

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 136 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 136 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 136 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 136 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 136 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 136 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 136 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 136 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 136 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 136 baxış
Seçilmişlər
icon