Savaş qızışdı, 1 gündə elə şeylər oldu ki... | Rusiya inanılmaz itki ilə sarsıldı!
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna cəbhəsində vəziyyət kəskinləşməkdədir. Sutka ərzində 155 döyüş toqquşması qeydə alınıb, Pokrovsk istiqaməti ən qaynar nöqtə olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, Rusiya Ordusu bir gündə 970-dən çox hərbçisini itirib ki, bu da Moskvanın ümumi itkilərini 1 milyon 111 min 480 nəfərə çatdırır. Bu arada, Rusiya tərəfi də intensiv hücumlar həyata keçirib, o cümlədən 49 “Shahed” və “Qerbera” PUA-sı, habelə “Oniks” və 4 ədəd “İskəndər” raketi Ukrayna ərazisinə atılıb. Dneprdə dron hücumu nəticəsində 30-dan çox dinc sakin yaralanıb. Əks-hücum olaraq, Belqorod vilayətinin qubernatoru regiona 110 PUA ilə hücum olduğunu bildirib, Rusiya Müdafiə Nazirliyi isə Belqorod, Rostov, Saratov və Voronej səmalarında 20 Ukrayna PUA-sının zərərsizləşdirildiyini iddia edir.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
