Seçkiqabağı əcnəbilərə söz verdi ki... | Trampdan gözlənilməz qərar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin sabiq prezidenti Donald Tramp yenidən seçilsə, ölkəsində kolleci bitirən əcnəbi vətəndaşlara birbaşa olaraq “Green Card”ın veriləcəyini açıqlayıb.
“Mənim etmək istədiyim odur ki, əgər siz kolleci bitirmisinizsə, düşünürəm ki, bu ölkədə qala bilməyiniz üçün diplomunuzun bir hissəsi kimi “Green Card” almalısınız”, – deyə o bildirib.
Qeyd edək ki, tez-tez immiqrantlara qarşı təklifləri ilə gündəmə gələn D.Trampın seçkiqabağı etdiyi bu açıqlama hər kəsi təəccübləndirib. Buna səbəb isə sabiq liderin bu fikirlərinin bundan əvvəlki çıxışları ilə ziddiyyət təşkil etməsi olub. Belə ki, prezidentliyə namizədliyini irəli sürən D.Tramp dəfələrlə immiqrasiyanı məhdudlaşdıracağını bildirsə də, indi təklif etdiyi qərarla bunun əksini bəyan edib.
#ABŞ teqi istifadə olunub
- Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib
- Bir gəminin sənədləri milyardlarla ziyana səbəb ola bilər? - Baku TV CANLI
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM
