Pleyeri seçin:

Serbiya dost dediyi İsraili “kürəyindən vurdu?" - Kritik qərar verildi

24 iyun 2025 567 baxış

Serbiya Prezidenti Aleksandr Vuçiç bazar ertəsi günü İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İsrailə silah-sursat satışını dayandırdığını elan edib.

Bu barədə Vuçiç Serbiya Ordusunun Baş Qərargahının paytaxt Belqradda geniş tərkibdə iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Vuçiç vurğulayıb ki, Belqrad həm İsrail, həm də İranı Serbiyaya dost ölkələr hesab edir.

Serbiya Prezidenti qeyd edib ki, ölkəsi hazırda İranla münaqişədə olan İsrailə sursat satışını dayandırmaq qərarına gəlib.

O, ölkəsinin Yaxın Şərqdə sülhə nail olmaq istəyini vurğulayıb: "İsrail və İran bizim üçün iki dost ölkədir. Yəhudi xalqına bu ölkədə həmişə hörmət edilib. Hər iki xalq bizim üçün dost xalqdır".

Vuçiç ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrə toxunaraq deyib:

"Beynəlxalq hüquq açıq şəkildə pozulub. Artıq ədalət və qaydalar yoxdur. Qərb Rusiyaya və ya başqasına ərazi bütövlüyü və dövlət suverenliyini necə öyrədə bilər? Hər kəs bu qaydaları pozub. Dünya tam xaosa doğru gedir. Hər kəs elə davranır ki, sanki başqasına hücum etmək hüququ var. Dəlilik bütün dünyaya yayılıb və artıq etibar olunası heç kəs yoxdur".

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 567 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 567 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 567 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 567 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 567 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 567 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 567 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 567 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 567 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 567 baxış
Seçilmişlər
icon