Serbiya Kuşnerin layihədən imtinası səbəbi ilə 750 milyon avro itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiya ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Belqradda "Trump Tower" hotelinin tikintisi layihəsindən imtina etməsi səbəbindən təxminən 750 milyon avro həcmində potensial investisiyanı itirib.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Politika" qəzetinə açıqlamasında deyib.
Dövlət başçısı sövdələşmənin baş tutmamasında rolu olan şəxslərə qarşı cinayət işi başlanmasına şəxsən təşəbbüs edəcəyini bildirib.
"Polis, prokurorluq və bu layihənin pozulmasına, eləcə də ölkənin iqtisadi zərər görməsinə töhfə verən digər şəxslər barəsində ittihamlar irəli sürüləcək", – deyə A.Vuçiç vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" Cared Kuşnerin Belqradda Yuqoslaviya Baş Qərargahının dağıdılmış binasının yerində hotel tikintisi ideyasından imtina etdiyini yazmışdı.
#Serbiya teqi istifadə olunub
- Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır
- SOCAR və Serbiya şirkətləri arasında yeni elektrik stansiyasının inşasına dair saziş - Baku TV
- Seçki siyahısında bir saatdan az vaxtda onminlərlə imza toplanıb
- İstanbulda danışıqlar başa çatdı | SOCAR Belqradda hansı layihədə iştirak edəcək? - Baku TV
- Srebrenitsa qətliamının əsas fiquru 84 yaşında vəfat edib
