Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması üçün şərtini açıqladı
“Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılması üçün öz şərtini irəli sürüb”.
Bunu Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud Ağ Evdə ABŞ lideri Donald Trampla görüşü zamanı açıqlayıb.
O bildirib ki, Fələstin məsələsinin həlli üçün aydın bir plan olmalıdır və Səudiyyə Ərəbistanı yalnız bundan sonra İsraillə münasibətləri normallaşdıra bilər.
Bu arada, Səudiyyə Ərəbistanı ABŞ-dən İsraillə eyni modifikasiyaya malik beşinci nəsil “F-35” qırıcı-bombardmançı təyyarələri alacaq. Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi ilə danışıqlardan əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlər ondan Səudiyyə Ərəbistanına tədarük ediləcək “F-35” təyyarələrinin İsrailə verilənlərdən geri qalıb-qalmayacağını dəqiqləşdirməyi istəyiblər.
“Fikrimcə, hər iki ölkə elə səviyyədədir ki, hər biri yüksək sinif məhsul almalıdırlar”, ‒ deyə Tramp vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM
- Ağ Evdə qapalı görüş: Trampın İranla bağlı yeni planı nədir? - AKTUAL GÜNDƏM
- Hansı ölkələr İrana silah tədarük etməyəcək? | Trampdan ciddi xəbərdarlıq - Baku TV
- İranın atəşkəsi rədd etməsinə kim səbəb oldu? - Baku TV CANLI
- Kallas Vaşinqtondan izahat istəyəcək
