Şiddətli müharibə başlayır? - İsrail bütün qüvvələrini topladı
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail Ordusu İrandan gələn hücum təhlükəsi fonunda hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyatda olan qüvvələrini çağırıb”.
Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
“Vəziyyəti qiymətləndirdikdən sonra ÇAXAL şəxsi heyəti artırmaq və hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ehtiyat qüvvələri cəlb etmək qərarına gəlib”, – məlumatda qeyd olunub.
“VoxNews” portalı da ABŞ kəşfiyyatına istinadla yazıb ki, İran Livan və Suriyadakı konsulluq binasına hücuma cavab olaraq 48 saat ərzində İsrailə cavab zərbələri endirəcək. Kəşfiyyat İranın ilk hücumda İsrailə zərbə endirmək üçün yüzlərlə dron və raketdən istifadə edəcəyini bildirib.
Portalın yazdığına görə, hazırda İran Ordusu hərbi əməliyyatlara hazırlaşır.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
