Silahlı şəxslər İrəvanda... | Ermənistan MTX əməliyyatın detallarını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin əməlin həyata keçirilməsi üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilib.
Məlumata görə, onlar Rusiyanın Rostov-na-Donu şəhərinə gələrək “Arbat” hərbi bazasında təlimlərə cəlb ediliblər. “Orada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”, – deyə açıqlamada deyilir.
Qeyd edək ki, yeddi cinayətkardan üçü hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub, dörd nəfər barəsində isə axtarış elan edilib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
