Pleyeri seçin:

Simonyan Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı

11 sentyabr 2025 325 baxış

“Azərbaycanın öz yaraları var. Onlar deyirlər ki, Ermənistan 20 faiz torpaqlarımızı 30 il işğalda saxlayıb. Buna görə də Azərbaycan üçün 50, hətta 100 il sonra yarana biləcək istənilən təhlükənin qarşısını indidən almaq vacibdir”.

Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər azərbaycanlı sərhədçiləri görmək istəməsələr də, zamanla bu da olacaq.

“Ermənilərlə azərbaycanlılar Moskvada dostluq edir, birgə bizneslə məşğuldurlar. Rusiyadan başqa ölkələrdə də hər iki millətin nümayəndələri arasında mehriban münasibətlər mövcuddur.

Razıyam ki, bizim yaralar təzədir və hələ üstü qapanmayıb. Amma Azərbaycan tərəfi də itkilər verib. Məgər biz azərbaycanlı öldürməmişik?!” deyən A.Simonyan bildirib ki, bütün bunları nəzərə alaraq etimadın bərpası zamanı təmaslar minimuma endiriləcək. Lakin 5-10 il sonra buna ehtiyac qalmayacaq.

Parlamentin spikeri bildirib ki, “emosional mübahisələr tez həll ediləcək” və hazırda Ermənistan üçün kommunikasiyaların açılması daha önəmli məsələdir.

“Tramp marşrutu” haqqında danışan Alen Simonyan bəzi müxalifət provokasiyalarına da cavab vermiş olub.

O bildirib ki, “Tramp marşrutu”nu Zvartnots aeroportunun Argentina şirkəti tərəfindən idarə olunması ilə müqayisə etmək olar.

“Belə deyək, enerji infrastrukturu erməni şirkəti tərəfindən inşa oluna, dəmir yolunun salınması isə xarici şirkətin öhdəliyində qala bilər” deyən A.Simonyan bildirib ki, hər şey 5 prinsip əsasında reallaşdırılacaq.  

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
14 dekabr 2025 325 baxış
COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

COP30 COP29-dan nə ilə fərqləndi? | COP BAKU

Siyasət
14 dekabr 2025 325 baxış
Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Tirkeş sözünün mənası Azərbaycan döyüş mədəniyyətində nəyi açır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 dekabr 2025 325 baxış
Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Ermənistan Tramp sonrasına hazırlıq görür? | ANALİTİK BAXIŞ

Siyasət
13 dekabr 2025 325 baxış
Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Zərdab sakinləri palçıqlı yollardan şikayətləndi - 24 SAAT

Siyasət
13 dekabr 2025 325 baxış
Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV

Siyasət
12 dekabr 2025 325 baxış
"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

"Ağır xəstə olduğunu bilə-bilə hər şeyi etdi ki..." | Heydər Əliyev: Mədəni siyasət - ARAŞDIRMA

Siyasət
12 dekabr 2025 325 baxış
“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
12 dekabr 2025 325 baxış
Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV

Siyasət
12 dekabr 2025 325 baxış
Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV

Siyasət
12 dekabr 2025 325 baxış
Seçilmişlər
icon