Simonyan: “Ermənistan faktiki olaraq KTMT-dən çıxıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan faktiki olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxıb”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə ölkəsinin KTMT-dən çıxması ehtimalı ilə bağlı suala cavabında bildirib.
“KTMT-dən çıxmaq anti-Rusiya olmaq deməkdir? Əgər hansısa quruma, məsələn, Jurnalistlər İttifaqına üzv olursunuz və həmin qurum öz öhdəliklərini yerinə yetirmirsə, siz də oradan çıxmaq istəyirsinizsə, indi bu o deməkdir ki, siz həmin ittifaqa qarşısınız?”, – spiker deyib.
Alen Simonyan bu halda Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı sualı belə cavablandırıb: “Faktiki olaraq, çıxmışıq. Qalan məsələlər isə bizim siyasi məqsədəuyğunluğumuz və danışıqlarımızla bağlıdır”.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bundan öncə jurnalistlərlə söhbətində söyləmişdi ki, Ermənistan hazırkı mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxma məsələsini nəzərdən keçirmir.
#Alen Simonyan teqi istifadə olunub
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- Simonyan Kərki və digər kəndlərin təhvil verilməsi məsələsinə münasibət bildirdi - ANA XƏBƏR
- Baş nazirin qərarı diqqət çəkdi | Simonyanın istədiyi vəzifələr niyə təsdiqlənmədi? - Baku TV
- Parlament sədri seçilə bilməyən Simonyan: “Paşinyan məni aldatdı”
- Koçaryan Simonyana uduzdu | Ermənistan mediası bu xəbərlə çalxalandı - Baku TV CANLI
