Simonyan keşişi tənqid etdi | "İncil"in ziddinə gedir…
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentinin spikeri Alen Simonyan din xadiminin siyasətlə məşğul olmasını qəbuledilməz hesab edir.
O, arxiyepiskop Baqrat Qalstanyanın addımlarını jurnalistlərə şərh edib.
Bildirib ki, siyasət ticarətdir və müqəddəs kitab “İncil” isə bunu qəbul etmir:
“Mənim üçün din xadiminin siyasətlə məşğul olması qəti şəkildə qəbuledilməzdir, çünki kilsə bu işə qarışmamalıdır. Müqəddəs kitab olan “İncil”də deyilir: “Atamın evini ticarət yerinə çevirməyin”.
Siyasət ticarətdir. Yəni sizcə, biz beynəlxalq tərəfdaşlarla danışıqlar apararkən siyasi alverlə məşğul olmuruq? Koalisiya yaradanda siyahılar tərtib etmək, bu, sövdələşmədir. Kilsə isə öz işini yarımçıq qoyub, indi bununla məşğuldur”.
Ermənistan parlamentinin spikeri moizələrin siyasi mitinqə çevrilməsini yolverilməz hesab edir.
O, fikirlərinə aydınlıq gətirmək üçün 2008-ci ildə baş verən hadisəni də misal çəkib. Bildirib ki, “martın 1-də Robert Koçaryanın başçılığı altında insanlar güllələnən” zaman bir qrup şəxs katolikosun yanına gedərək etiraz aksiyası keçiriblər.
Ancaq o, vəziyyəti daha da gərginləşdirməmək üçün onların qarşısına çıxmayıb. Parlament sədri onu da əlavə edib ki, onun dediklərinin hamısı bütün din xadimlərinə aid deyil.
#Ermənistan parlamenti teqi istifadə olunub
- ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Ermənistanda “müdaxilə əlamətləri” olan xarici televiziya proqramları qadağan edildi
- "Bu iddialar müharibə deməkdir" | Ermənistanda kritik tarix: Simonyandan qalmaqallı çıxış - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- "2019-cu il sənədi 2016-cı ilə aid sənədlərin xülasəsi olub" | Rubinyandan vacib açıqlama
