Şirakda şübhəli qruplar var | Saruxanyandan təcili çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu günlərdə Şirak rayonunda dövlət xüsusi xidmət orqanları adı altında rayonun müxtəlif ərazilərinə səfərlər edən, mənşəyi məlum olmayan qrup yaradılıb”.
Bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Karen Saruxanyan “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bu qrup müxtəlif sahələrdə işlərin gedişini yoxlayır və müəyyən nöqsanlarla bağlı dövlət sisteminin əməkdaşlarına şərhlər verir.
K.Saruxanyanın qeyd etdiyi kimi, bu qrupun üzvləri dövlət vəzifəsi tutmurlar, onların partiya mənsubiyyəti hələlik məlum deyil. Onların bu cür yoxlamalar aparmaq, şərhlər vermək, dövlət və ya ictimai təşkilatların əməkdaşlarını təhdid etmək səlahiyyəti yoxdur.
“Onu da qeyd etmək istərdim ki, nəzarət funksiyalarını həyata keçirən idarələr var, lazım gəldikdə müvafiq tədbirlər görmək səlahiyyətinə malikdirlər. Yuxarıda adıçəkilən qurumun üzvləri səfərləri zamanı xüsusi dövlət orqanları adından əmrlər verməyə çalışır.
Halbuki Ermənistanın “İctimai təşkilatlar haqqında” qanunun 6-cı maddəsinin 5-ci bəndində dövlət və ya yerli özünüidarəetmə orqanlarının adı ilə eyni olan təşkilatın adından istifadə edilməsi birmənalı şəkildə qadağan edilir”, – deyə Karen Saruxanyan yazıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
