Şolts Qəzzaya görə hərəkətə keçdi | Ölənlərə görə...
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Olaf Şolts avstriyalı həmkarı Karl Nehammer ilə mart ayında Avropa diplomatiyasının rəhbəri Cozef Borreli İsrail əleyhinə bəyanatlarına görə kəskin tənqid edib.
Bu barədə “Politiko” adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki lider C.Borrelə “Siz Qəzza zolağındakı vəziyyətlə bağlı Almaniya və Avstriya adından danışmayın” mesajını çatdırıb:
“Mart ayında Avropa Birliyi toplantısı zamanı O.Şolts və K.Nehammer Qəzzada ölənlərin sayına görə Təl-Əvivi açıq şəkildə tənqid edən C.Borrel ilə üz-üzə gəlib.
Hər iki kanslerin məzəmməti olduqca qeyri-adidir. Çünki Avropa diplomatiyasının rəhbərinin rolu xarici və təhlükəsizlik siyasəti məsələlərində məhz AB-ni təmsil etməkdir. O.Şolts və K.Nehammerin ifadələri sərt olub və hadisə digər Avropa liderlərinin iştirakı ilə baş verib”.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
