Şolts və Putin danışıq zamanı nələri müzakirə etdi? | Rusiyaya çağırış edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Olaf Şolts təxminən 2 ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.
Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.
Şolts həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb.
O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.
Bildirilib ki, Şolts bu telefon danışığından əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya Prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək.
#Olaf Şolts teqi istifadə olunub
- Almaniya bu təyyarələrlə bağlı Türkiyəyə veto qoydu? | Sensasiyalı xəbərin detalları
- Ukrayna bu raketlə Krım körpüsünü vura bilər | Almaniyanın yeni liderinin mesajı gərginlik yaratdı
- Zaxarova bu ölkələri hədələdi | İlk zərbə haraya olacaq?
- Trampın siyasəti Avropanı hərəkətə keçirdi | Şolts yeni planı açıqladı
- Almaniya Federal Kanslerindən Putinə açıq mesaj
