Son illərin ən dəhşətli fəlakəti yaşandı | Helikopterlər cəlb olundu
İspaniyanın cənub-şərqində baş verən daşqınlarda ölənlərin sayı 64 nəfəri ötüb.
Bir neçə şəxsin itkin düşdüyü bildirilsə də, daha sonra onların həlak olduqları açıqlanıb.
Xarici medianın yaydığı məlumata görə, ölüm hallarının böyük hissəsi ölkənin Valensiya bölgəsində qeydə alınıb. Aramsız yağan yağışlar dəmir yolu xətlərini sıradan çıxarıb, körpünü dağıdıb və evlərə ziyan vurub.
Bundan əlavə, göyərtəsində 300-ə yaxın adamın olduğu sürət qatarı Malaqa yaxınlığında relsdən çıxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi bölməsinin 1000-dən çox üzvü səfərbər edilib.
Axtarış-xilasetmə qrupları insanları evlərindən və maşınlarından çıxara bilmək məqsədilə helikopterlərdən istifadə ediblər.
İspaniyanın Mərkəzi Hökuməti xilasetmə prosesini asanlaşdırmaq məqsədilə Böhran Komitəsi yaradıb.
Qeyd edək ki, təbii fəlakət son vaxtlar İspaniyada baş verən ən dəhşətli təbiət hadisəsi olaraq yadda qalıb. Alimlərin fikrincə, ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə bağlıdır.
#İspaniya teqi istifadə olunub
- İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI
- Seutadakı vəziyyətə görə İspaniyaya əlavə maliyyə yardımı ayrılır
- Hökumət Seutada vəziyyəti nəzarətə götürüb
- 10 min miqrant hələ də anklavdadır
- İspaniyada miqrasiya məsələsi siyasi gərginliyi gücləndirib
