Sovetin həsrətini çəkənlər və Qərbə ümid bəsləyənlər arasında gərginlik
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikanın “The New York Times” qəzeti yazır ki, Gürcüstanda sənayedən geri qalan əyalətlərin sakinləri SSRİ-nin dağılmasından təəssüflənirlər.
Onlar sovet dövrünü respublika üçün ən yaxşı dönəm hesab edirlər. Hazırda ölkədə sovet keçmişinə həsrət qalanlarla Gürcüstanın gələcəyini Qərbdə görənlər arasında gərginlik davam edir.
Materialın müəlliflərinin fikrincə, Gürcüstan bu yaxınlarda Qərblə yaxınlaşma kursu müəyyənləşdirib. Ölkə əhalisinin təxminən 60%-ini təşkil edən kiçik şəhərlərin sakinləri üçün Şimali Atlantika Alyansına və Avropa Birliyinə qoşulmaq çağırışları o qədər cəlbedici və inandırıcı deyil.
“Kiçik şəhərlərin bir çox sakinləri SSRİ-ni siyasi repressiya və işğal dövrü kimi qəbul edirlər, lakin kənd sakinləri üçün bu, bolluq və firavanlıq dövrü idi. O vaxtlar, demək olar ki, hamının işi var idi. İndi paytaxtdan kənarda əyyaşlıq və işsizlik tüğyan edir”, – qəzet qeyd edir.
Rusiya mediasının başqa vaxt bəyənmədiyi “The New York Times” qəzetinin bu materialına həvəslə yer verməsi və tirajlaması da maraqlıdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
