Şoyqu Rusiyanın düşmənlərini hədələdi
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin Kiyevi kasetli bombalarla təmin etməsinin mülki əhali üçün yarada biləcəyi fəsadlar hamıya məlumdur. ABŞ rəsmiləri əvvəllər dəfələrlə qeyd ediblər ki, müharibədə bu bombalardan istifadə hərbi cinayətdir. Lakin hazırda rəsmi Vaşinqton və onun tərəfdaşları Ukraynada bu cinayəti törədirlər. Humanitar təşkilatlar isə təbii ki, onları qınamır”.
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
S.Şoyqu bildirib ki, Ukrayna tərəfindən beynəlxalq humanitar hüquq və normalarının pozulması Rusiyanın kaset bombalarından istifadə ilə bağlı qərara yenidən baxmasını aktuallaşdırıb:
“Nəzərinizə çatdırmaq istəyərdim ki, Rusiyanın da kasetli bombaları var. İndiyədək humanitar səbəblərə görə onlardan istifadə etməkdən çəkinmişik. Lakin bu qərara yenidən baxıla bilər”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
