Pleyeri seçin:
Şoyqunun Tehran səfərində vacib nüans | Putin İrana hansı mesajı göndərdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri Ayətullah Əli Xameneidən HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq İsrailə qarşı təmkinli davranmağı istəyib və mülki İsrail vətəndaşlarına qarşı hücumlara başlamamağı tövsiyə edib.
Bu barədə “Reuters” iki yüksək səviyyəli İran mənbəsinə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, bu mesajı bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərində çatdırıb.
Adları açıqlanmayan yüksək səviyyəli rəsmilər Rusiya istehsalı olan Su-35 qırıcı təyyarələrinin çatdırılması üçün Tehranın Moskvaya təzyiq göstərdiyini də bildirib.
Kopyalandı
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
